2005 Qazaxıstan vətəndaşı 52 ölkədə 2483 daşınmaz əmlaka malikdir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu maliyyə nazirinin müavini Yerjan Birjanov deyib. Nazir müavini qeyd edib ki, obyektlərin əksəriyyəti Rusiya, Türkiyə və Azərbaycandadır.
Bundan başqa 916 qazaxıstanlı 55 ölkədə 1017 avtomobil qeydiyyatdan keçirib. Bundan başqa, 122 hüquqi şəxsdə 97 vətəndaşın payı var. Əsasən bunlar Rusiya, Qırğızıstan və ABŞ-dır.
Süleyman