Birləşmiş Ştatlarda keçən il silahlı hücumların sayı 2022-ci illə müqayisədə artaraq 657-yə çatıb.
Newscenter.az yerli mətbuata istinadən bildirir ki, 2022-ci ildə cəmi 646 silahlı hücum olub.
Keçən ilin oktyabr ayında Men ştatının Lewiston şəhərində 18 nəfərin ölümü və 13 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışma 2023-cü il də daxil olmaqla son illərin ən ölümcül atışmalarından biri kimi qeydə alınıb. Keçən il hər cür silahlı hücumlarda öldürülən və yaralanan polis məmurlarının ümumi sayı əvvəlki ilə nisbətən 20 nəfər artaraq 368-ə çatıb.
Ümumilikdə isə, 2023-cü ildə dünya üzrə silahlı hücumlarda 42988 nəfər həlak olub, 36366 nəfər isə xəsarət alıb. Keçən il hər cür silahlı hücumlarda öldürülən və yaralanan polis məmurlarının ümumi sayı əvvəlki ilə nisbətən 20 nəfər artaraq 368-ə çatıb.
Mehman Mehdiyev