"Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Azərbaycana ilk səfəri və bu səfər çərçivəsində Azərbaycanla starateji tərəfdaşlıq müqaviləsinin imzalanması onu deməyə əsas verir ki, Azərbaycan və BƏƏ arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri alır. Bu, o deməkdir ki, hər iki ölkə qarşılıqlı olaraq bir-birilərinə öz qapılarını açır, müxtəlif sahələrdəki tərəflərin əldə etdiyi nailiyyətlər bir-birinə ötürülməsini təmin edir".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov BƏƏ prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, səfərdə bu barədə dövlət qurumları arasında bir neçə əməkdaşlıq müqavilələri də imzalandı:
"BƏƏ Prezidenti xüsusi ilə vurğuladı ki, bizim əldə etdiyimiz nailiyyət təcrübələrdən istifadə Azərbaycan üçün açıqdır. COP-29 tədbiri barədə təcrübələrindən yararlanmaq üçün fikir bildirdi".
Azər Qasımov deyib ki, məsələnin görünən tərəflərindən başqa, görünməyən tərəfləri də var:
"BƏƏ Prezidenti vurğuladı ki, Azərbaycan Prezidenti ilə dünən keçirilən iki saatdan çox görüş onda çox yaxşı təəssürat yaradıb. Fikrimcə, buna səbəb ölkələrin beynəlxalq aləmdə, xüsusən də, Yaxın Şərqdə baş verən müharibə və onun nəticələri ilə bağlı yaranacaq duruma ortaq mövqeyin ifadə edilməsi olub".
Süleyman