Ukrayna 2024-cü ildə daha da çox ərazi itirəcək.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, bunu “Eurasia Group” analitik agentliyinin direktoru Yan Bremmer “Time” jurnalı üçün yazdığı məqalədə bildirib.
O qeyd edib ki, Ukrayna faktiki olaraq bu il hissələrə bölünəcək. O bildirib ki, Kiyev ABŞ-ın maddi və siyasi dəstəyini itirməsindən ciddi zərbə alıb, Avropa İttifaqının (Aİ) yardımı isə yetərli deyil.
“Ukrayna öz şəxsi problemlərini həll etməsə, silah istehsalını artırmasa və tezliklə real hərbi strategiya hazırlamasa, onun ərazi itkiləri daimi ola bilər və genişlənəcək”, - deyə Yan Bremmer vurğulayıb.
Mehman Mehdiyev