Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan merinin qərarı etiraza səbəb olub

İrəvan merinin qərarı etiraza səbəb olub


İrəvan şəhər meri Tiqran Avinyanın qərarı paytaxt sakinləri tərəfindən ciddi etirazla qarşılanıb.

Newscenter.az hraparak.am-a istinadən xəbər verir ki, Avinyanın İrəvan Dövlət Universitetinin qarşısındakı 80 illik yaşı olan tennis kortlarını sökmək barədə tapşırığına paytaxt sakinləri ciddi etiraz bildiriblər.

Etirazçılara sadə vətəndaşlarla yanaşı, siyasətçilər, eyni zamanda İrəvan Ağsaqqallar Şurasının üzvləri də qoşulub. Onlar hesab edirlər ki, Avinyan tennis kortlarının ərazisində yeni kafe və restoran açmaq niyyətindədir.

Paytaxt sakinlərinin etirazlarına baxmayaraq Avinyan tennis kortlarının çöküləcəyini və ərazidə geniş park salınacağını deyib.

Anar Tağıyev
Xəbəri paylaş