Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il Türkiyənin avtomobil sənayesinin ixracı 35 milyardı keçib

Keçən il Türkiyənin avtomobil sənayesinin ixracı 35 milyardı keçib


2023-cü ildə Türkiyə avtomobil sənayesindən 9 ölkəyə 35 milyard dollara yaxın ixracat həyata keçirib.

Newscenter.az Uludağ Avtomobil Sənayesi İxracatçıları Dərnəyin' istinadən bildirir ki, ondan əvvəlki il isə qeyd edilən sektorda ixracat 30 milyard 995 milyon 808 min dollara təşkil edib.

Bu müddət ərzində sektorun əsas bazarı Almaniya olub. 2022-ci ildə 4 milyard 379 milyon 321 min dollar olan Almaniyaya ixracat, keçən il 10,8 faiz artaraq 4 milyard 854 milyon 81 min dollar olub. Almaniyanın Türk avtomobil sənayesi ixracatındakı payı 13,86 faiz təşkil edib.

Sonrakı yeri isə Fransa tutub. 2022-ci ildə 3 milyard 250 milyon 139 min dollarllıq ixrac həyata keçirilən Fransaya 2023-cü ildə 4 milyard 307 milyon 717 min dollarlıq məhsul satılıb.

Natiq Orucov
Xəbəri paylaş