Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov və səhiyyə naziri Teymur Musayev Kliniki Tibbi Mərkəzdə yerləşdirilən xəstələrə baş çəkiblər.
Newscenter.az xəbər verir ki, onlar Perinatal Mərkəzdə yanğından zərər çəkmiş xəstələrin vəziyyəti ilə yerində tanış olub, lazım olan köməkliyin göstərilməsi barədə tapşırıq veriblər.
XXX
Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gələrək hadisə yerinə baxış keçiriblər.
Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb.
Xatırladaq ki, yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.
Sona