Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Amerika və kanadalı idmançıları Rusiya vətəndaşlığına qəbul etdi

Putin Amerika və kanadalı idmançıları Rusiya vətəndaşlığına qəbul etdi


Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Conson və kanadalı xokkeyçi Brendan Lipsiçə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.

Newscenter.az RİA Novostiyə istinadən bildirir ki, hər iki idmançı Rusiya vətəndaşlığı üçün Vladimir Putinə müraciət edib.

Belə ki, Conson 2023-cü ilin payızında Rusiya vətəndaşlığı üçün müraciət edib və Rusiya lideri Putinin şərəfinə adını “Kevin Vladimiroviç” olaraq dəyişdirmək istədiyini açıqlayıb. 44 yaşlı boksçu Putin haqqında "Ona heyranam. O, dünyanın ən yaxşı prezidentidir" deyib.

Lipsiç isə 2023-cü ilin iyulunda Putinə məktub yazaraq Rusiya vətəndaşı olmaq istədiyini bildirib. Kanadalı idmançı 2020-ci ildən karyerasını Rusiya Xokkey Liqasında davam etdirir.

Anar TAĞIYEV
Xəbəri paylaş