Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qatarlar gecikdiyi təqdirdə sərnişinlərə cərimə ödəniləcək

Qatarlar gecikdiyi təqdirdə sərnişinlərə cərimə ödəniləcək


Bundan sonra Qazaxıstanda sərnişin qatarları gecikəcəyi təqdirdə ölkənin Dəmir Yolları İdarəsi sərnişinlərə konpensasiya ödəyəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu, Qazaxıstan Respublikasının “Dəmir yolu nəqliyyatı haqqında” Qanununun 80-ci maddəsində öz əksini tapıb.

Belə ki, qatarın gecikməsi halında biletin qiymətinin qaytarılması qanunda əksini tapıb.

Lakin təbii fəlakət və ya digər nəticələrə görə qatarlar gecikərsə, şirkət cərimə ödəməyəcək. Çünki bu gecikmələr vətəndaşların təhlükəsizliyini təmin etmək üçün edilir və belə hallarda sərnişinlər qatarlarda isti yeməklə təmin olunacaqlar.

Anar TAĞIYEV
Xəbəri paylaş