Növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı məlum olub.
Newscenter.az-ın məlumatına görə, bununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.
Qurumun rəsmi saytında yerləşdirilən siyahıya əsasən, daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.
Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.
MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir.