Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan ölkəsinə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvini tələb edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, ABŞ və müttəfiqlərinin Venesuelaya qarşı 930 birtərəfli məhdudlaşdırıcı tədbir gördüyünü dilə gətirən Maduro, 2019-cu ildə dövlət neft-qaz şirkəti Petroleos de Venesuela (PDVSA) qarşı tətbiq edilən sərt sanksiyaların ölkə iqtisadiyyatına ən böyük zərər vurduğunu deyib.
Onun sözlərinə görə, Venesuela Amerikanın neft sənayesinə tətbiq etdiyi sanksiyalardan 232 milyard dollardan çox vəsait itirib. Respublikaya məxsus 30 milyard dollar Qərb banklarında bloklanıb.
Mehman Mehdiyev