Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yusif Bağırzadə: "Seçki kampaniyası yüksək səviyyədə təşkil edilib"

Yusif Bağırzadə: "Seçki kampaniyası yüksək səviyyədə təşkil edilib"


Prezidentliyə namizəd, politoloq Yusif Bağırzadə seçki mübarizəsindən kənarda qalmasının səbəblərini açıqlayıb.
Bu barədə Newscenter.az-a açıqlama verən Yusif Bağırzadə bunu Seçki Məcəlləsinə uyğun olaraq lazım olan imzanı toplaya bilməməsi ilə əlaqələndirib:

“Bu il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakla əlaqədər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət elədim. Müraciətlə əlaqədar olaraq səlahiyyətli nümayəndəm tərəfindən imza vərəqələri MSK-dan götürüldü. İstər namizədliyimin irəli sürülməsi, istər imza vərəqələrinin MSK-dan götürülüb imzaların toplanması zamanı heç bir maneələr, əngəllər müşahidə edilmədi. Namizədlərə yaradılan şəraitdən istifadə edərək imzatoplama kampaniyasını kifayət qədər geniş keçirdik”.

Yusif Bağırzadə deyib ki, uğurlu seçki kampaniyası aparmalarına baxmayaraq, Seçki Məcəlləsinə uyğun olaraq 60-dan artıq seçki dairəsindən lazım olan imzanı toplaya bilməyib.

Yusif Bağırzadə seçki kampaniyasının yüksək səviyyədə təşkil edildiyini və gələcək seçkilərdə komandası ilə daha aktiv olacağını deyib:

“Digər namizədlərə də uğurlar arzulayıram”,-deyə Yusif Bağırzadə bildirib.
Xəbəri paylaş