Rusiyada “Rəqəmsal suverenlik uzunmüddətli beynəlxalq əməkdaşlığın əsasıdır” adlı 1-ci Avrasiya İnformasiya Texnologiyaları forumu keçiriləcək.
Newscenter.az xəbər verir ki, fevralın 20-21-də keçirilməsi nəzərdə tutulan forum Moskvada baş tutacaq. Forumda 20-dən çox ölkədən ixtisaslaşmış qurum və şirkətlərin rəhbərləri, universitetlər və ekspert icmalarının nümayəndələri iştirak edəcək.
Forum rəqəmsallaşmaya və bu prosesin informasiya təhlükəsizliyi, kadr hazırlığı, “ağıllı” şəhər və rayonların yaradılması kimi müxtəlif aspektlərinə həsr olunub.
Natiq Orucov