"Bu, Birləşmiş Ərəb Əmirliyinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana ilk səfəridir. Bundan əvvəl hər iki ölkə rəhbərlərinin müxtəlif beynəlxalq təşkilatlarda və formatlarda görüşləri olsa da belə geniş tərkibli və işgüzar müzakirələr, həmçinin razılaşmalar olmamışdı. Ərəb Əmirliyi zəngin ölkədir və bu dövlət Türkiyə də daxil bir çox ölkələrə böyük yatırımlar qoyur. Azərbaycan BƏƏ üçün də cəlbedicidir. Xüsusən də enerji sektoru",
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Birləşmiş Ərəb Əmirliyinin prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrə mümkün təsirləri barədə danışarkən səsləndirib. O bildirib ki, kənd təsərrüfatı və iqtisadiyyatın bəzi sahələri Əmirlinin diqqət mərkəzindədir:
"Səfər çərçivəsində 10-dan çox sənəd imzalanıb ki, bu da Azərbaycanla Birləşmiş Ərəb Əmirliyi arasında geniş və əhatəli əməkdaşlıq üçün böyük imkanlar açır".
Əli Oruclu deyib ki. həmin sənədlər içərsində diqqət çəkəni, Azərbaycanla Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” və yaşıl enerji sahəsində Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”dir:
"Bu gün dünyanın inkişaf etmiş ölkələri bərpa olunan və yaşıl enerjidən istifadəyə daha çox üstünlük verirlər. Azərbaycan da həmin sahə üzrə potensialını reallaşdırmaqla enerji ixracını daha da artıra bilər. Strateji tərəfdaşlığa gəlincə, bu səfər indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində ölkələrin milli maraqlarının qorunmasında və mövqelərinin gücləndirilməsi baxımından vacib faktordur".
Süleyman