Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda İran vətəndaşlarına narkokuryerlik edən şəxslər saxlanılıb

Bakıda İran vətəndaşlarına narkokuryerlik edən şəxslər saxlanılıb


Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elçin Cəfərovu saxlayıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ceyhun Abbasquliyev də saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.

E.Cəfərov və C.Abbasquliyev onlardan aşkar olunan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsi ilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Mehman Mehdiyev
Xəbəri paylaş