“Azərbaycanın Körfəz ölkələri ilə əməkdaşlığı bütün aspektlərdən faydalıdır. Xüsusilə, zəngin ərəb iş adamlarının Azərbaycana cəlb edilməsi, bura investisiya yatırması baxımından Bakının Körfəz ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Təbii ki, bu sırada Birləşmiş Ərəb Əmirlikləri də xüsusi rol oynayır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə səfərini şərh edərkən səsləndirib. İctimai birlik sədri xüsusilə səfər zamanı iki ölkə arasında İnvestisiya Fondunun yaradılması barədə verilən qərarı yüksək qiymətləndirib, bu qərarın Bakı ilə Abu-Dabi arasında iqtisadi sahədə əlaqələrin yeni bir mərhələyə qədəm qoyacağını deyib:
“Eyni zamanda bu səfər işğaldan azad edilmiş ərazilərdə yaşıl enerjidən istifadə edilməsi istiqamətində də Azərbaycan üçün yeni fürsətlər qazandıracaq. Bildiyimiz kimi, Azərbaycan alternativ və bərpa olunan enerjidən istifadə, bu sahəni inkişaf etdirməyi qarşıya başlıca vəzifə olaraq qoyub. Nəzərə alsaq ki, Körfəz ölkələrinin, xüsusilə BƏƏ-nin bu sahədə müəyyən qədər təcrübəsi var, bu baxımdan Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə səfərinin qeyd edilən istiqamətdə inkişafa zəmin yaradacağını da söyləmək olar:
“Təsadüfi deyil ki, BƏƏ prezidenti Azərbaycana bu sahədə öz ölkələrinin təcrübəsini öyrətməyə hazır olduqlarını vurğuladı. Bir sözlə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi həm Bakı, həm də Abu-Dabinin maraqlarına xidmət edir”.
Süleyman