Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Ekvadordakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırdı

Çin Ekvadordakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırdı


Çin Ekvadordakı diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çinin Ekvadordakı səfirliyinin saytında məlumat verilib.

Məlumatda qeyd edilib ki, Ekvadordakı səfirlik və konsulluqlar yanvarın 10-dan növbəti xəbərdarlığa qədər ziyarətçilərə bağlı olacaq.

Qeyd edək ki, Ekvador prezidenti Daniel Noboanın ölkədə “daxili silahlı münaqişənin” mövcudluğunu tanıyan fərman imzalaması və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verməsi ölkədə silahlı qarşıdurmaya səbəb olub. Silahlı dəstələr televiziya binasına hücum edərək telekanal əməkdaşlarını girov götürüblər. Həmçinin, bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib.

Mehman Mehdiyev
Xəbəri paylaş