Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa bütün etik normaları tapdalayır

Fransa bütün etik normaları tapdalayır



“Fransa təkcə siyasi və diplomatik deyil, eləcə də bütün etik normaları tapdalayır. Bir müddət əvvəl Fransada azərbaycanlı şairə Xurşudbanu Natəvanın heykəlinin təhqir olunması bunun bariz nümunəsidir”.

Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, Paris öz eybindən utanıb Azərbaycandan üzr istəmək, törətdiyi əmələ görə peşmançılıq keçirmək əvəzinə Azərbaycana qarşı öz çirkin əməllərini daha da davam etdirir və getdikcə daha da cılızlaşır, səviyyəsiz duruma düşür:

“Dilsiz-ağızsız bir abidədən qisas almaq bunun əyani sübutudur. Ən azı Heydər Əliyev Fondunun maliyyəsi hesabına bu ölkədə bir neçə tarixi-mədəni abidənin təmir olunmasından utanaraq Paris bu rəzilliyə getməməli idi”.

Analitik Qrup hesab edir ki, Paris bu cür cılız hərəkətləri ilə özünün beynəlxalq aləmdəki nüfuzunu da ayaqlar altına atır.

Süleyman
Xəbəri paylaş