Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünyada geosiyasi riskləri artırıb.
Newscenter.az RİA Novostiyə xəbər verir ki, bu barədə məlumat Dünya Bankının qlobal iqtisadiyyat üçün bütün təhlükələri sadalayan hesabatında əksini tapıb.
Hesabatda qeyd edilir ki, Yaxın Şərqdə münaqişələrin daha da genişlənməsi enerji qiymətlərinin artmasına, qlobal aktivlik və inflyasiya üçün böyük mənfi nəticələrə səbəb ola bilər.
Hesabatda həmçinin bildirilir ki, enerji daşıyıcılarının inflyasiyası, istehsal və tədarük xərclərinin artması səbəbindən ərzaq və digər malların qiymətinin artmasına səbəb olacaq.
Natiq Orucov