Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına qadağa qoyulub

Sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına qadağa qoyulub


Qırğızıstanda sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına müvəqqəti qadağa qoyulub.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bununla bağlı prezident Sadır Jəpərov “Sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına müvəqqəti qadağa (moratorium) haqqında” fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, məqsəd sahibkarların iqtisadi vəziyyətinin sabitləşdirilməsi, biznes mühitinin inkişaf etdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, dövlət orqanlarının sahibkarların fəaliyyətinə əsassız müdaxilələrinin aradan qaldırılmasıdır.

Moratorium 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş