Qırğızıstanda əhaliyə verilən sosial müavinətlərin məbləği artırılıb.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bu barədə Əmək, Əhalinin Sosial Müdafiəsi və Miqrasiya Nazirliyinin informasiya xidməti məlumat yayıb.
Məlumata görə, artım əsasən, 2010-cu ilin aprel-iyun aylarında baş vermiş hadisələr nəticəsində zərərçəkmişlərin ailə üzvlərinə və zərərçəkmişlərə verilən əlavə sosial müavinətlərə aid olacaq. Qırğızıstanın Nazirlər Kabinetinin qərarı ilə əlavə sosial müavinətin məbləği 3700 somdan 4500 soma qaldırılıb.
Məlumat üçün qeyd edək ki, bu gün aylıq əlavə sosial ödəniş alanların sayı 411 nəfərdir. Onlardan 194-ü 18 yaşadək uşaq, 215-i əlil, ikisi isə valideyndir.
Natiq Orucov