Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taxıl sahələrinin məhsuldarlığı artırılacaq

Taxıl sahələrinin məhsuldarlığı artırılacaq


Qazaxıstanda taxıl sahələrində məhsuldarlıq 50 faiz artırılacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu, Çimkəndli alim, Özbəkəli Canibəyov adına elmi-tədqiqat laboratoriyasının rəhbəri, professor Abdimalik Aşirovun kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 50 faiz artıracaq yeni layihəsi əsasında mümkün olacaq.

Belə ki, xüsusi qurğunun köməyi ilə biorezonansla aktivləşdirilmiş taxıllar məhsuldarlığı artırmaqla yanaşı, onun keyfiyyətini də yüksəldəcək.

Qazaxıstanlı alimin bu tədqiqatı 2018-2020-ci illər üçün “Qalım xorı” ASC tərəfindən təşkil edilən qrant maliyyələşdirməsi çərçivəsində “Kənd təsərrüfatı bitkilərinin toxumlarının ilkin təmizlənməsi” elmi-texniki fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması üçün qrantla təltif edilib.

Natiq Orucov
Xəbəri paylaş