Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alimlər xərçəng hüceyrələrini öldürməyin yeni yolunu tapıblar

Alimlər xərçəng hüceyrələrini öldürməyin yeni yolunu tapıblar


Amerikalı alimlər xərçəng hüceyrələrini öldürməyin yeni yolunu tapıblar.

Newscenter.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb. Bildirilib ki, alimlər aminasiya molekullarını yaxın infraqırmızı işıqla stimullaşdırmaq və onların titrəməsinə səbəb olmaqla xərçəng hüceyrələrini öldürməyin yeni yolunu tapıblar. Bu məqsədlə melanoma hüceyrələri üzərində aparılan laboratoriya təcrübələri 99 faiz uğur qazanıb.

Belə ki, aminasyanin molekullarından bioloji toxumaları ləkələmək üçün istifadə olunur, onların köməyi ilə xərçəng aşkar edilir. İnfraqırmızı işığın impulsu molekulun daxilində elektronların sinxron salınımları olan plazmonlara səbəb olur. Həm də xərçəng hüceyrələrinin membranlarının məhvinə səbəb olur.

Qeyd edək ki, bununla əlaqədar olaraq, elmi araşdırmanın nəticələri hələ keçən ilin dekabr ayında Nature Chemistry jurnalında dərc olunub. Alimlər qeyd edirlər ki, bu üsulun insanlar üzərində tətbiqi illər çəkə bilər.

Nərgiz Əzizova
Xəbəri paylaş