Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrozonada iqtisadi tənəzzül gözlənilir

Avrozonada iqtisadi tənəzzül gözlənilir


Rusiya-Ukrayna müharibəsi Avropaya da təsirsiz ötüşmür. Qitə ölkələrinin Ukraynaya davamlı maliyyə yardımı ayırması Avropanın ayrı-ayrı ölkələrinin iqtisadi vəziyyətini ağırlaşdırıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, bütün bunlardan dolayı Avrozonada kiçik iqtisadi tənəzzül gözlənilir.

Ekspertlərin fikrincə, bu, xüsusilə Avrozonanın dekabr ayı makroiqtisadi göstəricilərinin təhlilindən nəzərə çarpır. Beləliklə, makroiqtisadi işgüzar fəallığın dekabr indeksi 50 faizdən 47,6 faizə enib. Sənayedə də ümumi zəifləmə müşahidə edilib. Bunun isə Avropa Mərkəzi Bankının apardığı sərt pul siyasətindən irəli gəldiyi qeyd olunur.

Natiq Orucov
Xəbəri paylaş