Azərbaycanın turizm imkanları Hindistanda tanıdılacaq.
Newscenter.az Dövlət Turizm Agentliyinə istinadən bildirir ki, bu sözügedən ölkədə keçiriləcək beynəlxalq turizm sərgisi çərçivəsində baş tutacaq.
Belə ki, fevralın 22-24-ü tarixlərində Hindistan Respublikasının Yeni Dehli şəhərində beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə turizm şirkətlərinin nümayəndələrinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Sərgi çərçivəsində qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Nərgiz Əzizova