Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan revanşizmdən əl çəkmir

Ermənistan revanşizmdən əl çəkmir



“Görünən odur ki, Ermənistan heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı deyil. Əks halda bu ölkənin daxilində reavnşist meyillər artmazdı. Vəziyyətin getdikcə kifayət qədər təhlükəli hədd aldığının fərqinə varmalıyıq”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, erməni kilsəsinin də açıq-aşkar revanşist çağırışlar erməsi deyilənləri təsdiqləyir:

“Nəzərə alsaq ki, Ermənistanda kilsə dövlət siyasətinin müəyyənləşdirilməsi, bu ölkənin gələcək planlarının cızılmasında mühüm rol oynayır, o zaman onun Paşinyan hakimiyyətini revanşizmə çağırışlarını da ciddiyə almaq lazımdır. Düzdür, indiki halda Ermənistan dövlətinin hərbi potensialı Azərbaycanla müharibə aparmaq gücündə deyil, ancaq buna baxmayaraq hər an istənilən erməni təxribatına qarşı hazırlıqlı olmalıyıq”.

Arzuman Muradlı hesab edir ki, Ermənistanda artan revanşist meyillər Bakı ilə İrəvan arasında sülh prosesinə əngəl olur.

Süleyman
Xəbəri paylaş