Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülhə mane olur

Ermənistan sülhə mane olur



“Ermənistan hakimiyyəti müxtəlif bəhanələr, təxribat xarakterli addımlar atmaqla sülhə mane olmağa çalışır. Bu da Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması prosesini yubadır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, son günlər Ermənistanda revanşist çağırışların artması bunun tərkib hissəsidir:

“İrəvan bir tərəfdən guya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu görüntüsü yaradır, digər tərəfdən isə daxildə Azərbaycana qarşı revanşist meyillərin artmasına rəvac verir. Əgər Paşinyan hakimiyyəti doğurdan da Azərbaycanla sülh müqaviləsi imzalamağa səmimi olsaydı, indiyə qədər xeyli yol qət etmək mümkün olardı”.

Sona
Xəbəri paylaş