“Fransa BMT Təhlükəsizlik Şurasının sədri kimi əsas fəaliyyətini Azərbaycana qarşı təzyiqlərə, ölkəmiz əleyhinə BMT səviyyəsində hansısa qərəzli qətnamələrin qəbuluna sərf edəcək”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-ın xəbərinə görə, Analitik Mərkəz hesab edir ki, bundan sonra Azərbaycan diplomatik fəallığını daha da artırmalı, Fransanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə gözlənilən mümkün təxribatlara qarşı hazırlıqlı olmalıdır:
“Rəsmi Paris çalışacaq ki, Təhlükəsizlik Şurasının sədrliyi dövründə Azərbaycan əleyhinə koalisiya formalaşdırsın, ölkəmizlə bağlı hansısa tədbirlər görsün. Ona görə də bu il diplomatik sahədə daha aktiv olmalıyıq ki, Paris-İrəvan birliyinin antiAzərbaycan planlarını önləyə bilək”.
Süleyman