Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın antiAzərbaycan mövqeyi bundan sonra da davam edəcək -DEPUTAT

Fransanın antiAzərbaycan mövqeyi bundan sonra da davam edəcək


“Fransa BMT Təhlükəsizik Şurasının sədrliyindən istifadə edərək yenidən Azərbaycana qarşı hansısa qətnamələrin müzakirəsinə, qəbuluna cəhdlər edəcək. Ancaq düşünürəm ki, bndan sonra da rəsmi Bakı Parisə qarşı lazımı, layiqli addımlar ataraq onun antiAzərbaycan siyasətini fiaskoya uğradacaq”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov rəsmi Parisin BMT TŞ-nın sədri kimi Azərbaycana qarşı növbəti diplomatik hücum cəhdlərini mümkünlüyü barədə danışarkən səsləndirib.

Millət vəkili deyib ki, Fransanın Azərbaycan və Türkiyəyə olan münasibəti hər birimizə bəllidir. Vüqar İskəndərov hesab edir ki, bunun tarixi qaynaqları da var:

"Azərbaycanıın suverenliyinin bərpası, Vətən müharibəsində qələbə əldə etməsi, Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti , dünyada artan nüfuzu Fransanı çox təşvişə salıb və Paris hər vəchlə çalışır ki, Azərbaycana hansısa formada təzyiq göstərisin. Bunun üçün hətta Azərbaycana qarşı koalisiya yaratmaq, hansısa dövlətləri, təşkilatları antiAzərbaycan fəaliyyətinə cəlb etmək istəyir. Lakin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət və qətiyyətli mövqeyi, ölkəmizin qürurlu duruşu və mövqeyi Fransanın ölkəmizə qarşı yönəlmiş hərəkətləri və qeyri-sağlam siyasətinin qarşısını alır”.

Millət vəkilinin sözlərinə görə, indiki məqama baxsaq deyə bilərik ki, Fransanın antiAzərbaycan mövqeyi və ölkəmizə olan qeyri-dost hərəkətəri bundan sonra da davam edəcək:

“Yaxın müddət ərzində Fransa BMT TŞ-da Azərbaycana qarşı 5-ə yaxın qətnamənin qəbul olunmasına çalışan Fransa Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, Bakının dostlarının sayəsində hər birində fiaskoya uğrayıb. Ona görə də hesab edirəm ki, bütün bu uğursuzluqları görən Fransa artıq bu kimi cəhdlərdən uzaq olmalıdır”.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş