Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pentaqon: "Ukraynaya silah tədarükü düzgün aparılmayıb"

Pentaqon: "Ukraynaya silah tədarükü düzgün aparılmayıb"


Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Ukraynaya tədarük edilən silahlarla bağlı açıqlaması ciddi rezonans doğurub.

Newscenter.az-ın xəbərinə görə, "Sputnik Türkiyə" bildirir ki, ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi Robert Storç Ukraynaya silah tədarükünün düzgün yoxlanılmadığını deyib.

Pentaqon rəsmisinin hazırladığı hesabatda qeyd edilir ki, Ukrayanaya edilən ümumi tədarükün yarıdan çoxu hələ də dəqiqləşdirilməyib.

Pentaqonun hesabatında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Ukrayna Silahlı Qüvvələrinə verilən silahların istifadəsinə nəzarəti təkmilləşdirdiyi, lakin monitorinq proqramının tələblərini tam yerinə yetirmədiyi bildirilib. Hesabatda 1 milyard 699 milyon dollarlıq ümumi silah tədarükünün təxminən bir milyard dollarının hələ dəqiqləşdirilmədiyi vurğulanıb.

Anar TAĞIYEV
Xəbəri paylaş