Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin televiziya kanallarına müsahibəsində verdiyi vacib mesajlar

Prezidentin televiziya kanallarına müsahibəsində verdiyi vacib mesajlar


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə bir sıra mühüm məqamlara toxundu və vacib mesajlar verdi”.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elşad Həsənov deyib ki, dövlət başçısı ilk olaraq torpaqlarımızın işğaldan azad edilməsinə diqqət çəkərək buna birlik və həmrəylik şəklində nail olduğumuzu, bunun xalqın prezidentin və dövlətin ətrafında birləşməsi, əsgər və zabitlərimizdə vətən sevgisi, vətənpərvərlik hisslərinin ən yüksək səviyyədə olması nəticəsində reallaşdığını bildirdi:

“Cənab prezident dedi ki, 30 ildən sonra zəfər çaldıq, tarixi ədaləti bərpa etdik. Ancaq biz bu ədaləti beynəlxalq qurumlardan gözləyirdik. Lakin təəssüf ki, beynəlxalq qanunlar işləmir, beynəlxalq qüvvələr öz mənafelərini, öz maraqlarını güdürlər. Ona görə də bunu dərk edəndən sonra ordumuz prezidentin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə başladı və yüksək səviyyəli ordu yaradandan sonra biz torpaqlarımızı düşmən tapdağından azad etdik”.

Politoloq deyib ki, müsahibə zamanı dövlət başçısı fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə də toxundu:

“Prezident haqlı olaraq qeyd etdi ki, 2003-cü ildə xalqımız çox düzgün seçim etdi və Heydər Əliyev siyasətinin davamına, Azərbaycan dövlətinin, xalqının inkişafına səs verdi. Məhz bu seçim nəticəsində bu gün torpaqlarımız azad olub. Bu gün xalq 20 il əvvəl etdiyi seçimin bəhrəsini görür”.

Elşad Həsənov deyib ki, doğrudan da bu müddət ərzində, Azərbaycan prezidentinin çalışdığı dövrdə Azərbaycan sözün həqiqi mənasında çiçəklənib, inkişaf edib, güclü bir dövlətə çevrilib. Bu gün Azərbaycan Avropa ölkələrinin etibarlı tərəfdaşı kimi tanınır. Bu gün dünya siyasi arenasında ölkəmiz öz sözünü deyən müstəqil dövlət kimi tanınır. Qarşıda isə yeni bir dövr başlayacaq. Biz yeni bir dövr yaşayacağıq. Azərbaycan ilk dəfə olaraq müstəqillik illərindən sonra bütün ərazisində, Qarabağda azad seçkilər keçirəcək”.

Süleyman
Xəbəri paylaş