"Rusiya yeni ərazilər işğal etmək istəyir. Yeni hədəflər kimi Rusiya Baltikyanı ölkələr, Polşa, Finlandiya və Özbəkistana hücum etmək niyyətindədir".
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Rusiya Federasiyası dayanmaq fikrində deyil:
"Rusiya bizi tamamilə fəth etmək istəyir. Bəzən tərəfdaşların Ukraynaya maliyyə və hərbi yardım məsələsində qeyri-müəyyənliyi Rusiyanın cəsarətini və gücünü artırır. Ona görə də dəstəyi gecikdirməyə qətiyyən ehtiyac yoxdur. Rusiya prezidenti Ukraynanı dağıtmayana qədər sakitləşməyəcək",-deyə Zelenski bildirib.
Süleyman