Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh erməni kilsəsinin tarixi missiyası ilə uyğun gəlmir

Sülh erməni kilsəsinin tarixi missiyası ilə uyğun gəlmir


“Erməni kilsəsi erməni toplumunun mahiyyətini təşkil edən, erməni məvhumunu meydana gətirən amil olub. Erməni adlı toplum erməni kilsəsinin fəaliyyətinin nəticəsidir. Erməni kilsəsi erməni toplumu üçün tək din yox, dil, tarix, əlifba, hətta erməni adını yaradıb. Ermənistanda kilsənin mahiyyəti erməni toplumunun birlik simvoludur. Kilsə olmasa erməni toplumu məhv olar. Bu baxımdan kilsənin erməni toplumunda rolu həlledicidir”.

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov erməni kilsəsi tərəfindən səslənən revanşist fikirlərin yeni bir müharibəyə yol açma mümkünlüyü barədə danışarkən səsləndirib. O bildirib ki, kilsə Ermənistan dövlətinin siyasətini formalaşdırır:
“Sülh danışıqlarının görünüşdə yekun mərhələsinin olduğunun deyildiyi bir məqamda kilsənin bunun əleyhinə getməsi də təbiidir. Sülh erməni kilsəsinin tarixi missiyası ilə uyğun gəlmir. Kilsə hər zaman münaqişə anlayışının başında olub. Tarixən erməni toplumu kilsənin göstərişi ilə plan cızıb, həyata keçirib. İndiki məqamda da kilsənin Paşinyana təzyiq etməsinin kökündə sülhün erməni toplumuna heç nə verməyəcəyi anlayışıdır”.

Politoloqun sözlərinə görə, məsələ ondadır ki, erməni kilsəsi özü formalaşdırdığı erməni toplumunun xislətinə bələddir:

“Yaxşı bilir ki, sülh heç vaxt erməni toplumu üçün daimi olmayacaq. Çünki erməni toplumu daxilən elə varlıqlardır ki, onlar daim gərginlik içərisində olmalıdır. Öz ağıllarına görə inkişaf etsinlər. Sülh onların həyat mübarizəsini kütləşdirəcək və onlar tədricən bu instinktlərini itirib yox olacaqlar. Odur ki, onlar hər zaman Azərbaycanla, Türkiyə ilə mübarizə halındadırlar”.

Azər Qasımov hesab edir ki, kilsənin müharibə və revanş ritorikası erməni toplumu tərəfindən getdikcə daha çox dəstəklənəcək:

“Ermənistan Paşinyan hakimiyyətində az ehtimal, amma yaxın gələcəkdə yenidən Azərbaycanla müharibəyə başlaya bilər. Nəticəsinin Ermənistan üçün nə olacağını deməyə ehtiyac yoxdur. Amma yenidən məğlub olsalar da belə, erməni toplumu buna gedəcək. Əgər onlara ciddi dəstək verənlər olsa. Çünki erməni toplumu xəstə toplumdur. Onların beyni normal işləmir. Onlar öz saxta ideyaları üçün dəfələrlə ölməyə hazırdırlar. Bu isə manyakal depressiyanın əlamətləridir ki, bunun müalicəsi yoxdur”.

Anar Əliyev
Xəbəri paylaş