Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

112 ölkəyə 11 milyard dollarlıq avtomobil ixracı edilib

112 ölkəyə 11 milyard dollarlıq avtomobil ixracı edilib


Keçən il Türkiyənin avtomobil ixracında artım qeydə alınıb.

Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki,2023-cü ildə 112 ölkəyə minik avtomobili satılıb.

Keçən il həmçinin avtomobil sənayesinə aid olan məhsulların ixracında da artım qeydı alınıb. Belə ki, bu sektor üzrə ixrac 2022-ci ilə nisbətən 13 faiz artaraq 35 milyard dollara çatıb.

Sektorun 2022-ci ildə 9 milyard 264 milyon 786 min dollar olan minik avtomobili ixracı məbləği, 2023-cü ildə 19,40 faiz artaraq 11 milyard 62 milyon 802 min dollar olub. Avtomobil sənayesinin ümumi ixracının 31,60 faizini minik avtomobilləri təşkil edib.

Ən çox minik avtomobilinin satıldığı 10 ölkədən 8-i regionlar üzrə sektorun əsas bazarları olan Avropa ölkələri olub. Avtomobil istehsalçıları ümumi ixracatın yarıdan çoxunu ilk 4 ölkəyə, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyaya həyata keçiriblər.

Nərgiz Əzizova
Xəbəri paylaş