Birləşmiş Ştatlar husilərə qarşı mübarizədə ərəb ölkələrinin
Newscenter.az xəbər verir ki, “Semafor” portalı belə yazıb. Nəşr iddia edir ki, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Yaxın Şərq turu da məhz bu məqsədə xidmət edirdi.
Bildirilir ki, ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq turu zamanı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb ölkələrini Yəməndəki husi üsyançılarının yaratdığı təhlükəyə qarşı çıxmaq üçün beynəlxalq koalisiyaya qoşulmağa inandıra bilməyib. Xüsusilə, BƏƏ və Səudiyyə Ərəbistanının hərbi əməliyyatların yenidən başlanmasına dəstək verməkdə maraqlı olmadığı qeyd edilir.
Misir və Qətərin də belə bir hərəkətə qoşulmaq niyyəti yoxdur.
Anar TAĞIYEV