Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq və regional müstəvidə müstəqil xarici siyasət həyata keçirə bilməyən İrəvan

Beynəlxalq və regional müstəvidə müstəqil xarici siyasət həyata keçirə bilməyən İrəvan


Ermənistan hərbi-siyasi rəhbərliyi elə düşünür ki, Qərb vasitəsilə Azərbaycana hər hansı bir təzyiq etmək imkanı əldə edəcək. Və buna görə də onlar Fransanın, Avropa İttifaqının, ABŞ- ın adını tez-tez hallandırırlar.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, istər beynəlxalq, istərsə də regional müstəvidə müstəqil xarici siyasət həyata keçirə bilməyən İrəvan, adı çəkilən güclərin, yəni, kollektiv Qərbin bir sıra üzvünün maraqları doğrusunda hərəkət etməyə məcbur edilir:

"Rusiyanın regionda mövcud hərbi-siyasi gücünü zəiflətməyə çalışan Qərb, qlobal qarşıdurmanın bir komponenti kimi Kremlə qarşı Ermənistan kartını aktiv edib. Məhz bu səbəbdən ilk öncə hərbi kartdan istifadə edilir, Ermənistan silahlandırılır. Hal hazırda rəsmi Parisin öncülüyündə baş tutan proses İrəvan cəmiyyətində gərəksiz revanşist meyllərin artmasına səbəb olur. Ən son olaraq erməni katalikosu II Qaragenin qondarma "Artsaxla" bağlı səsləndirdiyi revanşist fikirlər, cəmiyyəti gərəksiz efariyaya sürükləyir. II Qaragenin çıxışı Paşinyan və komandasının rəsmi mövqeyi ilə üst-üstə düşmədiyi üçün dünya erməniliyi və lobbi gücünü bir mərkəzdə formalaşdıran kilsə ilə Paşinyan hakimiyyəti arasında daxili çəkişmənin olduğu aşkardır. Təbii ki, Fransanın təhrik edici dəstəyi, kollektiv Qərbin Rusiyaya qarşı burada cəbhə formalaşdırmaq cəhdləri və daxildə baş verən siyasi çəkişmələr Ermənistanın gələcək varlığı üçün sual işarələrinin sayını artırır. Lakin bütün hallarda cənab Prezident İlham Əliyevin dediyi fikirlərə əsasən Azərbaycan, qarşı tərəfdən gələcək istənilən hərbi aktivliyə adekvat cavab verəcək və öz hərbi potensialını artırmağa davam edəcəkdir".

Süleyman
Xəbəri paylaş