Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Baş katibindən Qırmızı dənizlə bağlı ÇAĞIRIŞ

BMT Baş katibindən Qırmızı dənizlə bağlı ÇAĞIRIŞ


Qırmızı dəniz ətrafında baş verənlər BMT-nin Baş katibi Antonio Quterresi hərəkətə gətirib.

Newscenter.az-ın xəbərinə görə, Baş katib Qırmızı dənizdə gəmilərini qoruyan ölkələri beynəlxalq hüquqa riayət etməyə çağırıb və bütün tərəfləri vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinməyə səsləyib.

Qutteres hesab edir ki, ABŞ və Böyük Britaniyanın digər ölkələrin dəstəyi ilə Yəmənə qarşı hava hücumu təşkil etməsi heç də problemin həlli deyil.

Baş katib eyni zamanda Qırmızı dənizdə beynəlxalq gəmiçiliyi hədəf alan hücumların da qəbuledilməz olduğunu və bunun qlobal təchizat zəncirlərinin təhlükəsizliyinə, qlobal iqtisadi və humanitar vəziyyətə təsir etdiyini vurğulayıb.

Quterreş bütün tərəflərdən həm Qırmızı dənizdə, həm də daha geniş bölgədə vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinməyi xahiş edib.

Süleyman
Xəbəri paylaş