Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ehtimal var ki, sülh sazişi ətrafında irəliləyiş əldə olunsun

Ehtimal var ki, sülh sazişi  ətrafında irəliləyiş əldə olunsun


"Ötən il noyabr ayının 30-da sərhəddin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin iştirakı ilə keçirilən son görüşün ardından bu ayın sonunda hər hansı bir vasitəçi tərəf olmadan komissiyaların fəaliyyəti ilə bağlı növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Hazırda bu kimi görüşlərdən hər hansı bir ciddi irəliləyişin əldə olunması gözlənilmir. Bu, sadəcə texniki parametrlərin dəqiqləşdirilməsi ətrafında müzakirələrin aparılması mənasını daşıyır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə vasitəçi tərəf olmadan ikitərəfli ali səviyyəli danışıqların baş tutması müsbət haldır və mühüm bir tendensiyanın davamıdır:

"Rəsmi Bakı İrəvanın zamanla oynadığını bilir və ikinciyə yönəlik sülhə məcbur etmə fəaliyyətini uğurla davam etdirir. Biz, bunu ölkə başçısı, cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlərdə açıq şəkildə müşahidə etdik. İlk öncə onu qeyd etməkdə fayda var ki, delimitasiya prosesi fonunda birinci mərhələdə hər iki ölkə rəsmi şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Yəni, ərazi bütövlüyü tanınmırsa delimitasiya mümkünsüz bir prosesə çevrilir. Ehtimal var ki, sülh sazişi ətrafında irəliləyiş əldə olunsun. Lakin məlum görüşlər fonunda vasitəçi olmadan danışıqlara razılıq verən İrəvan rəsmiləri sülh masasına üçüncü tərəflərin iştirakı olmadan əyləşməyə isti yanaşmır. Bu onların sərgilədiyi destruktiv yanaşmanın ən bariz nümunəsidir və əslində özlərinin əlehinə olan gedişatın davamıdır.


Süleyman
Xəbəri paylaş