“Fransanın BMT Təhlükəsizlik Şurasında sədrliyə başlamasi düşünmürəm ki, Azərbaycana qarşı hansısa ciddi bir qərarın, qətnamənin qəbuluna imkan yarada bilər. Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var və onların birinin veto hüququ yetərlidir ki, digər üzv ərəfindən irəli sürülmüş təkliflər, qətnamələr qəbul edilməsin”.
Bu fikirləri Newscenter.az-a politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, BMT TŞ-da Azərbaycanın kifayət qədər tərəfdaşları var:
“Təkcə bir faktı qeyd edim. Belə ki, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər təkcə bizim üçün ideal göstəricidir. Bu özünü İkinci Qarabağ Müharibəsi dövründə də göstərdi. Bu münasibətlər elə BMT-nin TŞ-na irəli sürülmüş qətnamənin qəbul edilməməsinə səbəb olmuşdu. Daha dəqiq desək o vaxt da Böyük Britaniya Fransanın təlifinə veto qoymudu. Bu baxımdan düşünürəm ki, Fransanın sədrlik səlahiyyətindən istifadə edib Azərbaycanla bağlı hər hansı bir təşəbbüsü olsa da, ancaq bu problem təşkilatın TŞ üzvlərindən olan Böyük Britaniya və ya Çin vasitəsilə bu problem yoluna qoya bilərik. Hesab edirəm ki, Fransanın atdığı addımlara qarşı bizim də müəyyən addımlarımız olacaq və hər halda ondan istifadə edəcəyik”.
Süleyman