Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan ingilis həmkaarı ilə görüşdü

Hakan Fidan ingilis həmkaarı ilə görüşdü


Türkiyənin xarici işlər naziri Hakan Fidan Qızza diplomatiyası ilə paralel olaraq Qırmızı dəniz ətrafında baş verənlərlə bağlı da ayrı-ayrı ölkələrdən olan həmkarları ilə görüşərək problemin dinc yolla həll olunmasına çalışır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Hakan Fidan bu sırada Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefonla danışıb.

Xarici siyasət idarəsi rəhbərlərinin telefon danışığı zamanı yaxın coğrafiyada mövcud olan münaqişələrin həllinə diqqət çəkilib. Eyni zamanda tərəflər söhbət zamanı Qırmızı dənizdə, Ədən körfəzindəki gərginliyin azaldılması lazım olduğunu ifadə ediblər.

Hakan Fidan Türkiyənin bu mövzuda üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib. Telefon danışığı zamanı Qəzzadakı son vəziyyət də müzakirə edilib.

Süleyman
Xəbəri paylaş