Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lerik sakinində silah-sursat və narkotik aşkarlanıb

Lerik sakinində silah-sursat və narkotik aşkarlanıb



Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş