Bu ayın sonunda baş tutacaq Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşündə iki ölkə arasında sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələrin keçiriləcəyi bildirilir. Bu arada isə Ermənistan müxalifəti ciddi cəhdlə müzakirələrə mane olmağa çalışır. Müxalifət tələb edir ki, sülh müqaviləsində Ermənistanın gələcək təhlükəsizliyi ilə bağlı maddə əksini tapmalıdır.
Newscenter.az-ın hraparak.am-a istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentində müxalifəti təmsil edən deputat Kristin Vardanyan isə hesab edir ki, İlham Əliyevin istədiyi anda o sənəd, sülh müqaviləsi imzalanacaq. Vardanyan hesab edir ki, Paşinyan isə əsrin sülhü kimi daxili auditoriyaya sata biləcəyi bir kağıza sahib olmaq istəyir.
"Ermənistan ictimaiyyətinə isə təhlükəsizlik lazımdır ki, bu da heç bir şəkildə həmin kağızda əksini tapmayıb. Deməli, Azərbaycanın məntiqi istəkləri, danışıqlar gündəmindəki məqamlar reallaşdı",-deyə erməni deputat bildirib.
Süleyman