"Sovet İttifaqının dağılmasından sonra olduğu kimi, bu gün də ABŞ və onun müttəfiqləri bütün dünyaya hakim olmaq istəyirlər. Ukrayna, Yaxın Şərq, indi də Hind və Atlantik okeanlarının sərhədi olan Husilər. Sırf ABŞ-da keçiriləcək seçkilər üçün nümayiş xarakterli partlayışlar törədirlər. Qəhrəmanlıqlarını nümayiş etdirmək istəyirlər. Bu qeyri-sabitlik qövsü dünyanın digər hissələrinə də yayıla bilər. Bütün dünya alov ala bilər. Biz buna imkan verməməliyik”.
Newscenter.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib. Belarus lideri deyib ki, dünya çox böyük hadisələr ərəfəsindədir.
“Mən sizə xəbərdarlıq etmək istəyirəm. Dünya nəhəng hadisələr ərəfəsindədir. Bu gün o qədər mürəkkəb vəziyyətlə üzləşmişik ki, sanki nazik buzun üzərində gəzirik. Ehtiyatsız addım etsək, dövləti boğub yıxa bilərik. Ona görə də bu il çox çətin olacaq. Bütün hadisələr baxımından proseslər çox səs-küylü olacaq",-deyə Lukaşenko söyləyib.
Belarus liderinin sözlərinə görə, faktlar göstərir ki, dünya qeyri-sabitdir.
Mehman Mehdiyev