Ukraynada pensiyaların ödənilməsində ciddi problemlər yaranıb.
Newscenter.az Ukraynanın “Strana.ua” nəşrinə istinadən bildirir ki, bunu prezident Volodimir Zelenski Latviyaya səfəri zamanı deyib.
Zelenski bildirib ki, Qərb dövlətləri Ukraynanı maliyyələşdirməyi dayandırsa, o halda ukraynalı təqaüdçülər acından öləcək. Çünki onların pensiyalarının ödənilməsi mümkün olmayacaq:
"Xarici maliyyə olmadan Kiyev pensiyaçılara pensiya ödəyə bilməyəcək. Nəticə etibarilə, pensiya olmasa qocalar öləcək. Bizim 11 milyondan çox pensiyaçımız var", - deyə Zelenski bildirib.
Anar TAĞIYEV