Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici ticarət indeksi artıb

Xarici ticarət indeksi artıb


Türkiyənin xarici ticarət indeksində keçən il artım qeydə alınıb.

Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, ixracatda vahid dəyər indeksi 2023-cü ilin noyabr ayında ondan əvvəlki ilin eyni ayına görə 0,2 faiz artdı. İdxal vahid dəyər indeksi isə 7,8 faiz azalıb.

Ümumilikdə isə indeks qida, içkilər və tütün məmulatları üzrə 1 faiz, emal sənayesində (qida, içkilər və tütün istisna olmaqla) 1,7 faiz artıb. Xammal (yanacaq istisna olmaqla) 19 faiz azalıb.

İdxal vahid dəyər indeksi isə 2023-cü ilin noyabr ayında 7,8 faiz azaldı. İdxalatda isə indeks qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,1 faiz, yanacaq məhsulları üzrə 52,6 faiz artb.

Xammal (yanacaq istisna olmaqla) isə 4,1 faiz, emal sənayesində (qida məhsulları, içkilər və tütün istisna olmaqla) 1,3 faiz azalıb.

Natiq Orucov
Xəbəri paylaş