Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkünlər üçün salınmış qəsəbədə narkotik aşkar edildi

Məcburi köçkünlər üçün salınmış qəsəbədə narkotik aşkar edildi


Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Sabirabad rayon sakini Mirhüseyn Ağayev saxlanılaraq şöbəyə gətirilib.

Newscenter.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, o, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə əlindəki sellofan torbaya müvafiq qaydada baxıṣ keçirilib.

Baxış zamanı 2 kiloqram 100 qram marixuana, 1 kiloqram 800 qram tiryək, 940 ədəd metodon həbi və "beşbarmaq", həmçinin üzərindən heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş