Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe qurumu “Dövlət Nəqliyyat Xidməti” PHŞ tərəfindən il ərzində artan sərnişin sıxlığını nəzərə alaraq şəhərdaxili nəqliyyata və Xok-Naxçıvan marşrut xətlərinə əlavə avtobuslar salınıb.
Newscenter.az xəbər verir ki, bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. O da bildirilib ki, reyslərin sayı ötən ilin noyabrından etibarən artırılıb.