Naxçıvan Dövlət Universitetinin Musiqi Kolleci Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb.
Newscenter.az-a təhsil ocağından verilən xəbərə görə, tədbirlər planına əsasən cari ilin fevral ayında Müslüm Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestri ilə Kollecin bir neçə əməkdaşının birgə konserti keçiriləcək.
Orkestrin dirijoru universitetin Musiqi Kollecinin müəllimi, Azərbaycan Respublikasının Əməkdar Artisti Elman Əliyevdir. Bundan başqa konsertdə ali təhsil ocağından vokalist, Azərbaycan Respublikasının Əməkdar Artisti Tural Nəcəfov, kanon ifaçısı Prezident mükafatçısı Sevinc Babayeva, vokalist İlkin Abdullayev, eləcə də Naxçıvan Dövlət Universitetindən olan digər ifaçılar iştirak edəcək.
S.İsmayılbəyli