"Qərbin "Azərbaycan güc yolu ilə Zəngəzur dəhlizini açacaq" ritorikası əslində Azərbaycan üçün tələ idi və Azərbaycanın da açıq şəkildə belə bir fikrinin olmamasını bəyan etməsi bizi bu tələyə saldı".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bunu etiraf etməklə Azərbaycan Zəngəzurun Ermənistan ərazisi olduğunu etiraf etmiş oldu və başqa dövlətin ərazisinə daxil olmaq niyyətinin olmadığını göstərdi. Qərbə də bu lazım idi. Azərbaycanın öz dilindən bunu etiraf etdirdi:
"Əslində isə Azərbaycan bütün deyilənlərə baxmayaraq bu oyuna düşməməli, bu ritorikaya heç bir reaksiya göstərməməli, cavab verməməli idi. Azərbaycan Zəngəzur ərazisinə hələlik girməyəndən sonra kimsə bizi bunda günahlandıra bilməzdi və məsələ açıq qalardı. Gələcək duruma görə bu məsələni idarə etmək olardı".
Politoloq deyib ki, Ermənistan bundan sonra özünü rahat hiss etməyə başladı və öz şərtlərini irəli sürməyə başladı. Bizsə Qərbin tələsinə düşdük və tez-tələsik belə bir fikrimizin olmadığı bildirdik:
"Ermənistan artıq rahatdır ki, buralar onlarındır və Azərbaycan bura girməkdən çəkinir. Bu şahmat oyununda bütün variantlar müzakirə olunub, sonra fikir bildirilməlidir. Qərbin məkrli siyasəti hələlik qalib gəldi".
S.İsmayılbəyli