Rusiya-NATO savaşı 2025-ci ilin yay aylarında başlayacaq.
Newscenter.az Lenta.ru-ya istinadən bildirir ki, bu barədə nüfuzlu "Bild tabloid" qəzeti yazıb. Nəşr iddia edir ki, Rusiya-NATO müharibəsinə ilk hazırlaşan ölkələrdən biri Almaniyadır. Berlində gizli şəkildə mümkün Rusiya-NATO müharibəsinə gizli hazırlıqların başladığı bildirilir.
Plana əsasən NATO-nun baş komandanı şərq cinahına 300 min əsgərin köçürülməsi əmrini verəcək. Onların arasında 30 min əsgər məhz almanlardan ibarət olacaq. Köçürülmə prosesinə 2024-cü ilin fevralında Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin (AFU) mövqelərinə qarşı aktiv hücumunun başlaması ilə start verilə bilər.
Qəzet daha sonra yazır ki, Rusiya-NATO müharibəsinin başlaması isə 2025-ci ilin yayına təsadüf edəcək. Toqquşma üçün ən çox ehtimal olunan yer Belarus və Kalininqrad vilayəti arasında Suwalki dəhlizi hesab edilir.
Mehman Mehdiyev